Xəbər verdiyimiz kimi, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media Sahir Məmmədxanovun dosyesini sizə təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Prezident Qusara icra başçısı TƏYİN ETDİ
S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.
1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi işləyib.
1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.
Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, 2020-ci ilin 14 mayında ildə vergilər nazirinin 1-ci müavini vəzifəsindən azad edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.
Ailəlidir. 2 övladı var.
Bizim.Media