Göyçayda yeniyetmə bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Göyçayda yeniyetmə bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Göyçayda yeniyetmə bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR. Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini bir-neçə bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Şəki regional qrupundan verilən məlumata görə, təqdirdə olan şəxs saxlanılıb və izahatı alınmışdır.
200911

Goyçayda bıçaqlanma hadisəsi baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlüq Cəfərov Nihat Yavər oğlu bir-neçə bıçaq xəsarəti alıb.

Yaralı dərhal Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən yeniyetmə saxlanılıb və  izahatı alınıb.
Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin