Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
Tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media