Qədim ipək yolu üzərində yerləşən Şəkinin 2712 illiyinin qeyd edilməsi bir daha bu şəhərin bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olmasındam xəbər verir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gözəl təbiətə, nadir tarix-memarlıq abidələrinə malik olması və zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilib. Azərbaycan memarlığının ən gözəl abidələri bu şəhərdə yerləşir.
Diqqətə çatdırılıb ki, Şəkinin sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb.
2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bayram tədbirinin iştirakçıları Şəki Folklor Ansamblının, həmçinin Qax rayonundan gəlmiş Qaxingiloy kənd Mədəniyyət evinin “Şvitkatso” xalq xoru və “İmedi” rəqs qrupunun çıxışlarını maraqla izləyib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 07.07.2024
Şəkidə “Şəhər günü” keçirildi - FOTO
Hazırda oxunan: Şəkidə “Şəhər günü” keçirildi - FOTO
Hazırda oxunan: Şəkidə “Şəhər günü” keçirildi - FOTO
Qədim ipək yolu üzərində yerləşən Şəkinin 2712 illiyinin qeyd edilməsi bir daha bu şəhərin bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olmasındam xəbər verir. Şəkinin təbiəti, tarixi abidələri və mədəniyyət irsi barədə məlumat.
200852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.