Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Hazırda oxunan: Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

20085

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənəddə bildirilib ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tələbə təqaüdlərinin təyini və ödənilməsi qaydası dəyişdi


Qərara əsasən, təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.

Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin