İyunun 29-da bir nəfər Naxçıvan şəhər Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.
Araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Şəxsin tutulması istiqamətindəTürkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.
Kərim Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:54 / 06.07.2024
Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI
Hazırda oxunan: Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI
Hazırda oxunan: Naxçıvanda baş verən qətlin TƏFƏRRÜATLARI
200812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.