Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində ardıcıl aparılan iki arxeloji qazıntılar və hazırda davam edən tariximizin daha qədim səhifəsini üzümüzə açmaqdadır.
Qeyd edək ki, əslində abidə 1970-ci illərdə dövlət qeyiyyatına alınıb, lakin sonradan burada arxeloji qazıntıların hansısa səbəblərdən aparılmasına icazə verilməyib. Baxmayaraq ki, hələ o illərdə tanınmış tarixçilərimiz Muğanda qədim yaşayış məskəninin mövcud olduğuna əmin olublar. Məhz bu tip tapıntılar görünür derektiv əsasında yazılmış tariximizlə ziddiyyət yaradacağına, Qafqazın ən qədim xalqı olduğumuzu sübut edəcəyinə görə onların tədqiqinə imkan verilməyib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri Vəfa Mahmudova Azərbaycan xalqının Qafqazda böyük mədəniyyət sahibi olduğunun faktoloji sübutu kimi məhz bu tapıntının böyük rolunu xüsusi vurğulayır. Onun rəhbərlik etdiyi ekspedisiya 2022-ci ildən burada tədqiqatlar aparır və hələ də davam edən son qazıntı işlərində böyük kəşflərə nail olublar. Vəfa xanımın sözlərinə görə artıq tapılan və üzə çıxarılan yaşayış məskəni Muğanıda mövcud olmuş tayfaların erkən əkinçilik mədəniyyətinin fərqli ənənələrə malik olduğunu göstərir və b.e.ə.VI minilliyin birinci yarısına aid tariximizin gizli bir səhifəsini maddi sübut olaraq canlandırılır.
"Burada tapılan əşyalar əsasən yerli mədəniyyətə aiddir. Bunun nə demək olduğunu peşəkarlar daha yaxşı başa düşürlər. Məhz bu amil Azərbaycan xalqının özünəməxsus mədəniyyət daşıyıcısı olduğunun sübutudur. Tədqiqat apardığımız yer bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid edilir, qazıntılar zamanı bitki qarışıqlı çiy kərpicdən hazırlanmış evlərin yerləri, təsərrüfat quyuları aşkarlanıb. Həmçinin yaşayış yerində dini ayin yerinin olduğu da müəyyən edilib. Paşatəpə abidəsinin Neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu faktlara əsaslanaraq deyə bilərik"
Paşatəpədə dulusçuluğa, qədim dini kulta, əkin mədəniyyətinə dair maddi sübutları üzə çıxaran, buranın Azərbaycanda atın əhilləşdirildiyinin ikinci məkanın olmasını qədər faktları ortaya qoyan arxeloqlarla bərabər yerli tarixçilər də qazıntı işlərini bütün günü izləyirlər.
Ələsgər Mirzəzadə ekspedisiyanın işini gündəlik nəzarətdə saxlayır:
"Burada yüksək səviyyədə iş gedir, təsəvvür edin ki, ölkədə ən ardıcıl tədqiqat məhz Muğana yönəlib. Biz yerli tarixçilər qarış-qarış qədim yaşayış məskənlərini gəzmişik, torpaq üzünə çıxan kiçik bir tarixi tapıntı bəzən bizə ən azı nəzəri cəhətdən böyük iddia ortaya qoymağ əsas verib. Onlardan biri artıq sübuta yetməkdədir. Bu ərazidə olan tədqiqat neolit dövrünü ortaya qoyur.
Əminəm ki, Cəlilabad ərazisində daha qədim dövrləri əhatə edən tariximiz hələ torpaq altındadır. Sözü gedən ərazimiz Azərbaycan tarixi baxımından çox az tədqiq olunub. Bu tədqiqatlar böyük bir mədəniyyətimizin ortaya çıxarılmasına gətirib çıxaracaq və tezliklə Azərbaycan tarixi bu yeni tədqiqatlarla kifayət qədər zənginləşəcək."
Digər yerli tarixçi Elşad Əmənov deyir ki, əslində bu ekspedisiyanın işində sevindirici məqamlar çoxdur.
"Qısa müddətdə ekspedisiya çox qiymətli maddi sübutlar əldə edib. Artıq elmi nəticələrə əsas var. Ümid edirik ki, neolit dövründən də bu ərazidən sübutlar üzə çıxacaq. Biz bu işi reallaşdıra bilsək, mütəxəssislərimizin böyük uğuru dünya çapında yayılacaq"
Qeyd edək ki, abidə və qazıntılarda üzə çıxan maddi sübutların analizi və araşdırması alman alimlərinin də maraq dairəsinə düşüb. Paşatəpədə olan Almaniya Arxelogiya Akademiyasının əməkdaşı Katalina Khyufer bildirir ki, Neolit abidələrini öz gözləri ilə görmək hər bir tarixçinin arzusudur. Bu abidələrin nə qədər qiymətli olduğunu məhz peşəkarlar daha yaxşı bilir. Onun birbaşa işinin məhz burada tapılan qədim daş alətlər, keramikaları tədqiq etmək və onların hansı məqsədlə hazırlandığına anlam vermək olduğunu bildirən xanım tarixçi əlavə edir ki, Azərbaycan xalqının qədimliyinin sübutunda , böyük mədəni irsinin olduğuna dair bu tapıntıların xüsusi əhəmiyyəti var .
Ekspedisiya işini hələ bir müddət də davam etdirəcək. Amma günəşin parlaq şüası altında qədim məkanı işıq üzərinə tam çıxarmağa çalışan tarixçilərin fikri qətidir: Bu tədqiqatlar qədim Azərbaycan tarixi haqqında təsəvvürləri də müsbət mənada xeyli dəyişəcək.
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 06.07.2024
Qızmar günəş altında TARİX axtaranlar – Neolit dövrünə aid Paşatəpə abidəsinin SİRRİ – FOTO
Hazırda oxunan: Qızmar günəş altında TARİX axtaranlar – Neolit dövrünə aid Paşatəpə abidəsinin SİRRİ – FOTO
Hazırda oxunan: Qızmar günəş altında TARİX axtaranlar – Neolit dövrünə aid Paşatəpə abidəsinin SİRRİ – FOTO
Paşatəpə abidəsi, Cəlilabad rayonunda yerləşən Neolit dövrünə aid bir qədim yaşayış məskənidir. 1970-ci illərdə arxeloji qazıntılar aparılmış, əldə edilən maddi sübutlar Azərbaycanın tarixi haqqında yeni məlumatlar vermişdir. 2022-ci ildən etibarən davam edən qazıntılar, Azərbaycanın mədəni irsinə yeni işıqlar tutmaqdadır.
200735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.