“Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılaması üçün platforma təklif etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O. qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh imzalanacağına ümid edirik.
Qeyd edək ki, Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 06.07.2024
Tokayev: “Azərbaycan və Ermənistan arasında sülh üçün platforma təklif etməyə hazırıq”
Hazırda oxunan: Tokayev: “Azərbaycan və Ermənistan arasında sülh üçün platforma təklif etməyə hazırıq”
Hazırda oxunan: Tokayev: “Azərbaycan və Ermənistan arasında sülh üçün platforma təklif etməyə hazırıq”
Tokayev: “Azərbaycan və Ermənistan arasında sülh üçün platforma təklif etməyə hazırıq” Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türk Dövlətləri Təşkilatı dəvətlisi kimi Şuşada keçirilən Zirvə görüşündə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma təklif etməyə hazır olduklarını bildirib.
200717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.