Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində evdə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Şamil Manafova məxsus birmərtəbəəli yaşayış evindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun digər ərazilərə yayılmasının qarşısı alınıb. Amma ev əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerində olarkən öyrəndik ki, Şamil Manafov həyat yoldaşı Elza Balabəyovadan ayrıldıqdan sonra evin bir otağında özü, digərində isə keçmiş arvadı oğlu ilə qalırmış. Elza Balabəyova deyir ki, yanğına səbəb ağcaqanad dərmanını yandırıb evdən çıxması olub.
Qadın deyir ki, qapını açarkən alov evi bürüyüb. İkiotaqlı ev yanaraq tamamilə yararsız vəziyyətə düşüb.
Şamil Manafov isə deyir ki, hadisə zamanı onun da əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
- A-
- A
- A+
Cəmiyyət
07:29 / 06.07.2024
Bakıda ağcaqanad dərmanı evdə yanğına səbəb oldu - VİDEO
Hazırda oxunan: Bakıda ağcaqanad dərmanı evdə yanğına səbəb oldu - VİDEO
Hazırda oxunan: Bakıda ağcaqanad dərmanı evdə yanğına səbəb oldu - VİDEO
200667
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.