Kimlər avtobus və metrodan pulsuz istifadə edə bilər? – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: Kimlər avtobus və metrodan pulsuz istifadə edə bilər? – Mühüm AÇIQLAMA 

Kimlər avtobus və metrodan pulsuz istifadə edə bilər? Məsələyə Milli Məclis deputatı Fazil Mustafa münasibət bildirib və ictimai nəqliyyat keyfiyyətinin yüksəldilməsi ehtiyacını vurğulayıb.
200430

İyulun 1-dən etibarən bir sıra ictimai nəqliyyat növlərində gediş haqları dəyişdirilib. Paytaxt daxilində fəaliyyət göstərən marşrut avtobuslarında və metro nəqliyyatında əvvəllər 40 qəpik olan gediş haqqı 50 qəpik olub. 

Nəqliyyat xərclərinin artırlması ilə sosial müdafiəyə ehtiyacı olan şəxslərə güzəştlərin olması məsələsi aktuallaşıb. Bir çox ölkədə bu cür güzəştli tariflərdən istifadə təcrübəsi var. Güzəştlər əsasən tələbələr, təqaüdçülər, müharibə veteranları, fiziki məhdudiyyətli şəxsləri və çoxuşaqlı ailələri əhatə edir.

Qeyd edək ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə ləğv edilib. Hazırda ictimai nəqliyyatda yalnız polislərə və müddətli həqiqi hərbi xidmət qulluqçularına güzəşt edilir.

Bəs bizdə belə güzəştlərin tətbiqi mümkündürmü? Parlamentdə belə bir təklif irəli sürmək olarmı?

Məsələyə münasibət bildirən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya deyib ki, ictimai nəqliyyatda keyfiyyətin yüksəldilməsinə ehtiyac var:

“Keyfiyyət yüksək olanda qiymətin də cəmiyyətdə bu qədər müzakirəsi olunması aktuallıq kəsb etməyəcək. Münasibət bir az da xidmətin keyfiyyətindən qaynaqlanır. Yəni iki xidmət növü var, metro və avtobus. Bu, yetərli deyil. Tramvay xətti, qatarlar yoxdur. Avtobusların da ayrıca marşrut xətti yoxdur. Yəni bir az əziyyətli formada ictimai nəqliyyatdan istifadədən söhbət gedir. Hər halda müəyyən kateqoriyadan olan insanlar var ki, onlara güzəştli tariflər nəzərdə tutulmalıdır”.

Millət vəkili bildirib ki,  gələcəkdə bu məsələnin müzakirəsini gündəmə gətirmək olar:

“İndi parlament buraxılıb. Hansısa bir şəkildə fəaliyyət imkanı yoxdur, ancaq ekstremal vəziyyətlərdə yığışa bilər. Ona görə də bu məsələnin indiki vəziyyətdə parlamentdə müzakirəsi gözlənilmir. Amma gələcəkdə məsələləri yəqin ki, gündəmə gətirmək olacaq”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin