El arasında “Bəxtim gətirdi”, “Şans üzümə güldü”, “Bəxtəvər doğulmuşam” kimi ifadələr işləri yaxşı gedən, heç bir uğursuzluqla qarşılaşmayan insanlar tərəfindən tez-tez işlədilir . İşlər pis gedəndə, isə insanlar deyirlər ki, “bəxtimizmi var?”, “mən şanssız insanam”, “bəxtim olsaydı, bu vəziyyətə düşməzdim”. Çox vaxt da pullu kişi ilə evlənən qızlara şanslı biri kimi baxırlar.
Bəs doğurdan da bəxt və şans anlayışı varmı, yoxsa uğuru insan öz gücünə qazanır?
Psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya bildirib ki, əslində biz müzakirəyə məsələ çıxaranda toplumun hansı şüur səviyyəsində olduğunu bilirik:
“Bu da bizim cəmiyyətin şüur səviyyəsidir ki, var-dövləti olan kişiyə ərə getməyi şans hesab edirlər. Adətən çox pulu olan insanlar həyatın mənasını digər şeylərdə görürlər. Pulla təmasda olan insanların dediklərini əsas götürsək, qıtlıq psixologiyasında olan insanlar üçün pulun önəmli olduğunu var saya bilərik. Çünki bu, onların əlində yoxdur və düşünürlər ki, ən böyük şans pulun onlara gəlməyidir”.
Ə.Rüstəmova qeyd edib ki, ümumiyyətlə, qadının təkbaşına məna, dəyər kəsb etmədiyini düşünüb, onun bu qədər dəyərli biri tərəfindən seçilməsi toplumu təəccübləndirən şeydir:
“Məsələn, bir mağaza düşünün, içində hər şey 1 manatdır, lakin alıcılardan biri məhsula 100 manat ödəyir. Belə olan halda biz həmin günkü satıcını şanslı hesab edəcəyik. Bu o deməkdir ki, satılan malın dəyəri onu alan alıcının verdiyi rəqəmdən daha aşağıdır. Bizim cəmiyyət də qadına belə yanaşır və bu, çox sayğısız baxış bucağıdır. Mən o düşüncədə deyiləm ki, toplum qadın və kişini bərabərləşdirməlidir”.
Cəmiyyət qadınlara niyə dəyərsiz kimi yanaşır?
Psixoloq kişinin aliliyini anlayıb qadına xidmət etməsinin tərəfdarı olduğunu bildirib:
“Amma məsələ ondadır ki, bizim cəmiyyət qadına öz bütün halı ilə dəyərsiz kimi yanaşır. Lakin dərin düşünəndə, qadına müraciət edən kişi, qadının ona verəcəyi övladı, emosional dəstəyi, isti ailə mühitini pulla almağa cəhd etsə, bu, ona çox baha başa gələr. Amma bunun eyni adamdan, evlilik adlı qurumdan alınması çox böyük üstünlükdür.
Çox ümid edək ki, fərdə fərd kimi individual dəyər verildiyi topluma çevrilərik. Hansı ki, orda “almaq” və “vermək” ifadələri olmaz, qarşılıqlı hörmət, sevgi, dəyər və s. kimi hər ikisinin də eyni pozisiyada ola biləcəyi cəmiyyətə çevrilərik”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 04.07.2024
Həyatımızda şansın ROLU – Uğuru insan öz gücünə qazanır?
Hazırda oxunan: Həyatımızda şansın ROLU – Uğuru insan öz gücünə qazanır?
Hazırda oxunan: Həyatımızda şansın ROLU – Uğuru insan öz gücünə qazanır?
Şans və bəxt məsələsində cəmiyyətdəki dəyərsiz yanaşımın ardında nə yatır? Psixoloq Əfsanə Rüstəmova və Nuranə Daxilqızı bu mövzuda ətraflı danışırlar.
200408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.