Azərbaycanla Gürcüstan arasında kibertəhlükəsizlik üzrə Anlaşma Memorandumu imzalayıb - FOTO

Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında kibertəhlükəsizlik üzrə Anlaşma Memorandumu imzalayıb - FOTO

200294

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media-ya Nazirlikdən bildirilib.

Məlumata görə, sənəd tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

ETX ölkə Prezidentinin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin