Ərəblər yenə xəyanət etdi, yoxsa Türkiyəni münaqişəyə sürükləmək istəyirlər?

Hazırda oxunan: Ərəblər yenə xəyanət etdi, yoxsa Türkiyəni münaqişəyə sürükləmək istəyirlər?

Ərəblər Türkiyədəki gərginliyi artırdı: Həqiqətən xəyanət edirlər, yoxsa Türkiyəni müharibəyə sürükləmək istəyirlər? Politoloqların fikirləri
200281

Xəbər verdiyimiz kimi, suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Buna cavab olaraq isə Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər olub. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli Türkiyəyönümlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.

Bu məqamda ortaya bir sual çıxır:

Ərəblər yenə öz xislətini göstərdi, yoxsa bu gərginlik Türkiyəni müharibəyə sürükləmək üçün hazırlanan ssenaridir?

Politoloq Cümşüd Nuriyev mövzunun detallarını Bizim.Media-ya şərh edib. O bildirib ki, bu hadisələr birmənalı şəkildə Türkiyəyə qarşı hazırlanmış ssenaridir:

“Məqsəd Türkiyəni müharibəyə cəlb etmək yox, oranı qarışdırmaqdır. Türkiyəni iqtisadi və hərbi cəhətdən zəiflətmək planı var. Buna görə də cahil ərəblərdən istifadə edirlər. Türkiyə Suriyaya qucaq açdı, ən ağır vaxtlarında 5 milyona yaxın qaçqını ölkəsinə qəbul etdi. Onların addımları isə xəyanətdən başqa bir şey deyil.

PKK, ərəblər və s. hamısı ABŞ tərəfindən tənzimlənir.

Təbii ki, fonda ABŞ-nin maraqları dayanır. Türkiyənin indiki siyasi, iqtisadi, hüquqi statusu ABŞ-nin maraqlarına uyğun gəlmir. Bu baxımdan ABŞ Türkiyəni cəzalandırmağa çalışır.

Fikrimcə, Türkiyə həmin ərəbləri göndərəcək və Suriya ilə münaqişəyə girməyəcək. Çünki Suriyada təkcə ABŞ yox, çox ölkə var. Məsələn, Fransa, Rusiya, İran və s”.

Məhərrəm Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin