“Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib”.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır:
"Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 03.07.2024
Kəlbəcərdə bəbir göründü – FOTO
Hazırda oxunan: Kəlbəcərdə bəbir göründü – FOTO
Hazırda oxunan: Kəlbəcərdə bəbir göründü – FOTO
Kəlbəcərdə bəbir göründü - WWF Azərbaycanın direktoru bəbirlərin populyasiyası və mühafizəsi ilə bağlı məlumat verib. Azərbaycanda bəbirlərin varlığı, bəbirlərin müşahidə olunduğu əsas ərazilər və ölkədə aparılan işlər barədə ətraflı məlumat bu xəbərdə yer alır.
200270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.