Problem yaranan sayğacın yenilənməsi üçün vəsaiti abonent ödəməlidir? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Problem yaranan sayğacın yenilənməsi üçün vəsaiti abonent ödəməlidir? – HÜQUQİ İZAH 

Problem yaranan sayğacın yenilənməsi üçün vəsaiti abonent ödəməlidir? Mövzu ilə bağlı hüquqşünasın izahatı

200268

Vətəndaşların mənzillərində müvafiq qurumlar tərəfindən quraşdırılan sayğaclarda müxtəlif vaxtlarda problem yaranır. Bununla bağlı abonentlərin tez-tez şikayətlərinə rast gəlirik. Qaz, su, işıq sayğaclarında ya qəza, ya istismar müddətinin bitməsi və ya kənar müdaxilə nəticəsində yaranan nasazlıq kommunal xidmətdən düzgün yararlanmağa mane olur.

Belə olduqda sayğacları yenisi ilə əvəzləməkdən başqa çıxış yolu qalmır.

Bəs sayğaclarda yaranan hansı problemə görə vətəndaş onun maddi dəyərini ödəməlidir?

Mövzu ilə bağlı vəkil Pərviz Hacıyev Bizim.Media-ya danışıb. O bildirib ki, nasazlıq abonentin müdaxiləsinə görə yaranıbsa, sayğac da onun vəsaiti hesabına yenilənməlidir:

“Nasaz sayğac müvafiq qurum əməkdaşları tərəfindən ekspertizaya göndərilir və yoxlanılır. Ekspertiza müəyyən eləsə ki, həqiqətən buna kənardan müdaxilə olunub və bunun nəticəsində xarab olub, təbii ki, sayğacın maddi dəyərini vətəndaş ödəməlidir”.

Hüquqşünas əks halda sayğacın müvafiq qurum tərəfindən yeniləndiyini qeyd edib:

“Əgər sayğac özünün istifadə müddəti keçdiyinə görə xarab olubsa və yaxud göstəricilərə heç bir kənar müdaxilə olmadan düzgün işləmirsə, bu da ekspertiza tərəfindən müəyyən olunursa, belə olan halda həmin sayğac pulsuz şəkildə yenidən quraşdırılmalıdır, çünki burada vətəndaşın heç bir səhvi yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin