Xəbər verildiyi kimi, Bakıda ana dörd uşağını parkda qoyaraq sevgilisinə qoşulub gedib.
Uşaqlar təxminən 14, 5, 4 yaş və ən kiçiyi 5-6 aylıqdır.
Artıq küçəyə atılan uşaqların anası tapılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI
Onun sözlərinə görə, qadınn şəxsiyyəti müəyyən olunub. Aidiyyəti dövlət orqanına dəvət olunaraq izahatı alınıb. Övladlarından imtina etməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, 4 uşağın anaları tərəfindən tərk edilməsi xəbərini Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə yayıb. Böyük qızın dediyinə görə, anası kirayə ev axtarmaq bəhanəsi ilə onları parkda qoyaraq sevgilisi ilə gedib və bir daha geri qayıtmayıb.
Üç gün öncə polis tərəfindən aşkarlanan uşaqlar 1 gün tibbi müayinə məqsədi ilə Ə.F.Qarayev adına uşaq xəstəxanasına yerləşdirilib. Ondan sonra Sosial Xidmətlər Agentliyi uşaqları Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq sığınacağına yerləşdirib.
Bizim.Media