“Moon Kids” uşaq bağçasının direktoru həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda uşaq bağçasının direktoru TUTULDU
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, ötən gün "Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım İmamət qızı Rüstəmova dələduzluq əməlində ittiham edilir.
Bizim.Media