Uğura aparan YOL - Azərbaycanda hansı biznes sahələrinə tələbat var?

Hazırda oxunan: Uğura aparan YOL - Azərbaycanda hansı biznes sahələrinə tələbat var?

Azərbaycanda hansı biznes sahələrinə tələbat var? İnformasiya texnologiyaları sahəsi ilə elektromobillər bu günün uğurlu biznes sahələri arasındadır.

200232

Yaşamaq üçün qazanmaq mütləqdir. Qazanmaq üçün isə dövrün biznesi ilə ayaqlaşıb addımlamaq lazımdır. Biznesmen Riçard Brenson öz qaydalarına dayanaraq deyir ki, “Fərasət təhsildən daha vacibdir”. Bir biznes qurmağa başlayarkən bir neçə amillər var ki, onlara əməl etmək uğura aparan yoldur.

İnsanlar yeni biznesə başlamağı riskli hesab edirlər. Müasir dövrün yaşam şərtləri sırasında biznes münasibətləri özünəməxsus yer tutur.

Bəs hansı biznes sahələri daha uğurludur?  

Mövzuyla bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, hərşeyin aktual dövrü olduğu kimi biznes sahəsində də bu dövr var:

“Sırf hər hansısa sahələrin adını çəkmək düzgün olmaz. Ona görə ki, öz zamanına görə aktual olan sahələr çoxdur. Məsələn, elektromobillər sürətlə artır. Bir müddət sonra yanacaq tipli avtomobillər gündəmdən düşdükdən sonra avtomobilin karbirator hissəsi var ki, artıq onun satışı ilə məşğul olan sahəyə ehtiyac qalmayacaq. Ümumiyyətlə, texniki cəhətdən istismara xidmət edən sahələrə bu gün həcm böyüdüyü üçün sürətlə ehtiyac artır”.

İnformasiya Texnologiyalar sahəsinə maraq hər gün bir az daha da artır...

“Digər tərəfdən də köhnə dəblə yəni mexaniki üsulla hər hansısa bir idarə etmə üsulları var ki, hansı ki bunlar bizim tarixçəmiz olub. Amma artıq onlara tələbat olmadığı üçün gündəmdən çıxıb”- deyə iqtisadçı bildirib.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin