İyulun 3-də Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Minsk şəhərində hərbi parad keçirilib.
Bizim.Media xəbər verir ki, paradda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilərlə yanaşı Azərbaycandan gedən hərbçilər də iştirak edib.
Paradın heyətinə kapitan Məhəmməd Saqizadə komandanlıq edib.
“Belarusun azad edilməsində 10 minə yaxın azərbaycanlı iştirak edib”, - deyə şərhçi Azərbaycan Respublikasından olan hərbi qulluqçular tribuna önündən keçərkən qeyd edib.
Yeri gəlmişkən, bu gün Belarusun Müstəqillik Günü və ölkənin nasist işğalçılarından azad edilməsinin 80 illiyi qeyd olunur.
Bizim.Media