İşğaldan azad olunan Füzulidə hansı quruculuq işləri aparılıb?

Hazırda oxunan: İşğaldan azad olunan Füzulidə hansı quruculuq işləri aparılıb?

200117

"Aparılan əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır".

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

"822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Onların sevincini sosial şəbəkələrdəki videolardan da görə bilərsiniz. Bundan sonra baza strukturunun qurulması işləri aparılır. Əlavə olaraq, şəhər işıq, su və qazla tam təmin olunub", - o qeyd edib.

Nümayəndəlik rəsmisi bildirib ki, köçən əhalinin əmək qabiliyyəti detallı təhlil edilir və hər kəsə uyğun olan ərazidəki vakansiyalar üzrə işlənilir:

"Onlar həm dövlət, həm özəl müəssisələrdə işləyə, eyni zamanda fərdi sahibkar ola bilərlər. 1300 kvadratmetrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. 110 sakinin müraciətinə baxırıq. Onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar. Ərazidə sənaye zonası da var. Bitdikdən sonra sahibkarlar orada öz işlərini qura biləcəklər".

Ü.İsazadə görüləcək işlər barədə də məlumat verib. Bundan başqa bildirib ki, Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi davam etdirilir:

"Ərazidə qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi yerləşir, 240 yerlik bağça və180 yerlik xəstəxananın layihələndirilməsi nəzərdə tutulub. Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir. 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin