Uşaqların böyüyüb, düzgün inkişaf etməsində valideyn rol oynayır. Onları düzgün istiqamətləndirmək, tərbiyyələndirmək birbaşa valideynin borcudur. Valideyn uşağın inkişafında həyati rol oynayır. Valideynin uşağına davranışı onun həyatında keçici və qalıcı təsirlər göstərə bilər. Amma müşahidə edirik ki, bəzi valideynlər övladlarına qarşı biganə və məsuliyyətsiz davranırlar. Bu, qayğısızlıq və diqqətsizlik uşaqlarda müəyyən travmalar yarada bilir. Travmalarla yanaşı, valideyn məsuliyyətsizliyi xoşagəlməyən hadisələrlə də nəticələnə bilir.
Məsuliyyət və analıq hissi valideynlərə necə aşılanmalıdır?
Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, valideyn adını daşıyan yox, əsl valideyn hissini yaşayan insan övladının başına pis bir hadisə gəlməsi ilə bağlı heç nə düşünmür:
“Uşaq ana bətnində olarkən qoruyuculuq və analıq hissi onların şüurlarında formalaşır. Qadınlar bu barədə yetərincə oxuyub, məlumatlar alırlar. Bu gün faciələrlə nəticələnən hadisələr düşünmürəm ki, məsuliyyətsizlikdən irəli gəlir. Çünki heç bir valideyn övladının başına pis bir hadisə gəlməsini istəməz, gözə almaz. Bu cür hadisələr məsuliyyətsizlikdən deyil, ani diqqətsizlikdən baş verir”.
“Valideynlərə çağırış etmək lazımdır”
Kəmalə Ağazadə valideynlərə bir daha çağırış edib. O, deyib ki, isti havalarda pəncərələri açıq qoymamalı, dəniz kənarı sahillərində uşaqlarımızı bir dəqiqə belə olsun diqqətdən kənar buraxmamalıyıq ki, hadisələr faciələrlə nəticələnməsin.
Xatırladaq ki, ötən gün Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə 10-cu mikrorayonda yerləşən binalardan birində qeydə alınıb. 2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov mağazaya gedən anasını çağırmaq istəyərkən 7-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölüb.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 02.07.2024
Valideyn diqqətsizliyinin qurbanı olan UŞAQLAR – Ata-analara məsuliyyət yükü necə aşılanmalıdır?
Hazırda oxunan: Valideyn diqqətsizliyinin qurbanı olan UŞAQLAR – Ata-analara məsuliyyət yükü necə aşılanmalıdır?
Hazırda oxunan: Valideyn diqqətsizliyinin qurbanı olan UŞAQLAR – Ata-analara məsuliyyət yükü necə aşılanmalıdır?
200114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.