Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 02.07.2024
Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI
Hazırda oxunan: Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI
Hazırda oxunan: Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI
Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb. Mərkəzlər, 'Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək' layihəsi çərçivəsində yaradılıb. Xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına və sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
200080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.