Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevanın toy məclislərindən birində maraqlı rəqsi ortaya çıxıb.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, İnarə Vəliyeva öz əməkdaşının toy məclisində ifa olunan əcənəbi mahnılarla rəqs edir. Onun bu rəqsi maraqla qarşılanıb.
Qeyd edək ki, İnarə Vəliyeva 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edirdi.
2023-cü ilin noyabrında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, İnarə Vəliyeva bu vəzifəyə təyinat alıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media