Prezidentin Kəlbəcərdə xüsusi nümayəndəsi təyin olunan Bəşir Hacıyev KİMDİR? – DOSYE 

Hazırda oxunan: Prezidentin Kəlbəcərdə xüsusi nümayəndəsi təyin olunan Bəşir Hacıyev KİMDİR? – DOSYE 

Prezidentin Kəlbəcərdə xüsusi nümayəndəsi təyin olunan Bəşir Hacıyev kimdir? Bizim.Media Bəşir Hacıyevin dosyesini təqdim edir: Filologiya magistri, otel idarəçiliyi, Balion Group təsisçisi, Prezidentin nümayəndəliyi.

199927

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bizim.Media Bəşir Hacıyevin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Bəşir Hacıyev Kəlbəcərdə Prezidentin xüsusi nümayəndəsi təyin edildi – SƏRƏNCAM


1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. 

Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev bir müddət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.
Bəşir Qüdrət oğlu Hacıyev 17 oktyabr 2022-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin