Azərbaycandan olan zəvvarların həcc ziyarəti başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu trend.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O bildirib ki, bu gün zəvvarların sonuncu qrupu vətənə dönəcək.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.
Bizim.Media