Şabranda qəzaya düşən gömrükçülərin SON DURUMU 

Hazırda oxunan: Şabranda qəzaya düşən gömrükçülərin SON DURUMU 

Şabranda qəzaya düşən gömrükçülərin son durumu açıqlandı. Yaralılar Bakıya, Gömrük Hospitalına göndərilib.

199867

Bu gün Şabran rayonu ərazisində baş verən yol qəzasında yaralanan 2 nəfər - Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Gömrük Hospitalına göndərilib.

"Mercedes" markalı avtomaşının sürücüsünün də Bakıya təxiyyəsi gözlənilir.

Bu barədə informasiya Bizim.Media-ya Şabran rayon mərkəzi xəstəxanasından verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük əməkdaşları Şabranda qəzaya düşdü - Ölən və yaralananlar var


Qəzanın səbəbləri araşdırılır.

Xatırladaq ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin