Gəncədə avtomobilin vurduğu yeniyetmələrdən biri xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Avtozavod qəsəbəsi adlanan yaşayış sahəsində hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Ə.M.- ni və 2009-cu il təvəllüdlü İ.M.- nı vurub.
Piyadalar xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M-nin həyatını xilas etmək mümkün olmayıb.
Digər yeniyetmənin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu