MSK-nın növbədənkənar parlament seçkiləri ilə bağlı iclası KEÇİRİLİR

Hazırda oxunan: MSK-nın növbədənkənar parlament seçkiləri ilə bağlı iclası KEÇİRİLİR

MSK-nın növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir. Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hərəkət və tədbirlərinin planı təsdiqlənəcək.
199643

İyunun 29-da Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas keçirilir.

Bizim.Media xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək. 

Həmçinin MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.

İclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyənləşdirilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq.

Bununla da MSK parlament seçkilərinə rəsmən start vermiş olacaq.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə qərar qəbul edilib. Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə əlaqədar Azərbaycan Prezidentinə müraciət ediblər.

İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar verilib. İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib və VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin