Ölkədə “Qoşa çinarlar” mahnısı ilə məşhurlaşan müğənni Ülviyyə Namazova açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, ifaçı qonaq olduğu “Ay Zaur” verilişində sahib olduğu evlərdən danışıb.
Ülviyyə bildirib ki, onun 9 evi var və onları kirayə verir:
“Mən heç nəyi gizlətmirəm, hər şey ortalıqdadır. Bəli, mənim 9 evim var. “Ağ şəhər” adlanan ərazidə iki evim var. Oradaki mənzillərin kvadratı azdır. Bu səbəbdən də onları kirayə verirəm. Amma bu evim geniş və böyük olduğu üçün özüm yaşayıram”.
Rəşad Əliyev, Bizim.Media