Tələbələr üçün vahid kart yaradılır - Xüsusi imtiyazlar olacaq

Hazırda oxunan: Tələbələr üçün vahid kart yaradılır - Xüsusi imtiyazlar olacaq

199514

Ötən gün Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. 

Bizim.Media “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan, Fondla sıx əməkdaşlıq edən 9 universitetin nümayəndəsi iştirak edib.

Fonddan bildirilib ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov cari ilin martında Bakıda keçirilən “Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan” tədbirində “VISA” ilə əməkdaşlıq razılaşması imzalandığını deyib.
O bu əməkdaşlığın məqsədinin ölkə üzrə ali təhsil müəssisələrinin təhsilalanlarının sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi olduğunu bildirib.

“VISA”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev şirkətin Azərbaycandakı fəaliyyətlərindən danışıb. O, mart ayında rəsmi olaraq Fondla əməkdaşlıqlarını elan etdiklərini və bundan sonra maraqlı layihələr həyata keçirəcəklərini deyib.

Daha sonra “VISA”nın Rəqəmsal təcrübə və təhsil fəaliyyətləri üzrə meneceri Anton Kuçma təqdimatla çıxış edib.

O, tələbələr arasında aparılan araşdırmanın nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Anton Kuçma yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin