BİZİM TƏQVİM: 29 iyunda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 29 iyunda baş vermiş tarixi hadisələr

199496

1881-ci ilin bu günü sudanlı xarratın oğlu Məhəmməd Əhməd ibn Abdulla kəndlilər və köçərilər arasında böyük nüfuza malik olmasından istifadə edərək özünü Mehdi Sahib-əz-Zaman elan etdi. Bununla da əvvəllər dərvişliklə məşğul olan Məhəmməd Mehdi Sudanda misirlilərin və ingilislərin hakimiyyətinə son qoymaq uğrunda mübarizəyə başladı.

İlk vaxtlar Mehdi tərəfdarları, demək olar ki, silahsız idilər. Sonradan İngiltərə-Misir cəza dəstələrini darmadağın edərək, 1885-ci ildə Xartum da daxil olmaqla, bütün olkəni ələ keçirdilər. Məhəmməd Əhməd ibn Abdullatif xəstəliyindən həlak oldusa da, qiyam davam etdi. İngilislər ölkəyə yayılan üsyanı yalnız 3 il sonra yatıra bildilər.   

Bəs iyunun 29-da dünyada daha hansı hadisələr baş verib? 

1. Birinci Balkan Müharibəsində Osmanlı imperiyasından ələ keçirdikləri torpaqları paylaşa bilməyən Bolqarıstan, Yunanıstan, Serbiya və Rumıniya arasında 1913-cü ilin 29 iyununda İkinci Balkan Müharibəsi başladı. Osmanlı ordusu vəziyyətdən yararlanaraq Bolqarıstanın itirdiyi Ədirnə və Kırklarelini geri aldı.

2. 29 iyun 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı A.Refatov Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, dərs demiş, 1931-ci ildə prorektor təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.

3. 29 iyun 1939-cu ildə Müstəqil Hatay Dövlət Məclisi son iclasını keçirərək yekdilliklə Türkiyəyə qatılma qərarını verdi.  

4. 1991-ci il iyunun 29-da Cənubi Afrika Respublikasının parlamenti aparteidə məxsus torpaqlar və irqi qrupların ayrılıqda yaşaması haqqında qanunların bir hissəsini ləğv etdi. Bununla da yeni Cənubi Afrika ölkəsində irqi bərabərlik cəmiyyətinin yaradılması yolunda ilk addım atıldı.  

5. Minlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatının başçısıAbdullah Öcalan 1999-ci ilin 29 iyununda İmralı adasında keçirilən məhkəmədə “Vətənə xəyanət” maddəsilə edama məhkum edildi. Öcalanın cəzası Avropa İttifaqı uyğunlaşma qanunlarına əsasən ağırlaşdırılmış ömürlük həbslə əvəz olundu.  

6. 29 iyun 2007-ci ildə “Apple Inc.” şirkəti ilk “iPhone” smartfonlarını istehsal edib.

7. 2011-ci ilin bu günündə Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib. 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkili üçün şərait yaradılıb. 

8. 29 iyun 2011-ci ildə Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışı olub. Paytaxt metrosunun sayca 23-cü stansiyası olan “Dərnəgül” “Azadlıq prospekti” stansiyasının davamı olaraq, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilib və 7-ci mikrorayon yaşayış massivini əhatə edir.

29 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent Ekzüperi 1900-cü ilin bu günü dünyaya gəlib. Yazıçı “Gecə uçuşu” romanı və “Adamların planeti” povestində poçt daşıyan təyyarəçilərin həyatından, “Kiçik şahzadə” alleqorik povestində isə insan mənəviyyatının gözəlliyindən bəhs edir. Antuan de Sent Ekzüperi 1944-cü ildə kəşfiyyat uçuşu zamanı naməlum şəkildə yoxa çıxıb. (1900-1944)

2. Azərbaycanın tanınmış şairəsi Nigar Rəfibəyli 1913-cü il 29 iyunda Gəncədə anadan olub. Görkəmli şair Rəsul Rzanın həyat yoldaşı və qüdrətli yazıçı Anarın anası olan Nigar Rəfibəyli yaradıcılığının səciyyəvi cəhətləri təbiətin vəsfi və vətənpərvərlik ideyalarının tərənnümüdür. (1913-1981)

3. 29 iyun 1925-ci ildə İtaliyanın 11-ci Prezidenti (2006-2015), jurnalist və siyasətçi Ciorcio Napolitano anadan olub.

4. 29 iyun 1958-ci ildə Əməkdar artist Elçin Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.  

5. 30 iyun 1812-ci ildə mütəfəkkir yazıçı, dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 

6. 29 iyun 1978-ci ildə Amerikalı məşhur müğənni və aktrisa Nikol Şerzinger anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin