Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurlu addımlar atan "Davam”ın növbəti addımı gənc jurnalistlərin, blogerlərin marağına səbəb olacaq. Belə ki, "Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi "Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində "New Media Hub” platformasını yaradır.
Bizim.Media xəbər verir ki, "New Media Hub” platforması "Trend" müstəqil informasiya agentliyi, "Yeni Müsavat" və "Teleqraf" media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir.
Bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədi ilə atılan mühüm addımlardan biridir.
Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.
"New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi, praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 03.05.2021
"Davam” yeni platforma yaratdı
Hazırda oxunan: "Davam” yeni platforma yaratdı
Hazırda oxunan: "Davam” yeni platforma yaratdı
19949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.