Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 28.06.2024
Mahir Quliyevin həbs müddəti AZALDILDI
Hazırda oxunan: Mahir Quliyevin həbs müddəti AZALDILDI
Hazırda oxunan: Mahir Quliyevin həbs müddəti AZALDILDI
Mahir Quliyevin həbs müddəti azaldı. Cinayət Məcəlləsinin təqsirlə birləşdirildiyi suallar üzrə məhkəmənin qərarı haqqında ətraflı məlumat.
199446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.