“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qeyd edib.
Onun sözlərinə görə digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb:
"Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”.
Qeyd edək ki, TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” gününün keçirilməsində əsas məqsəd Müraciətlərlə iş departamentinin fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, müraciətlərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.
TƏBİB-ə olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:
“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (//tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 28.06.2024
Bu ilin ilk beş ayında TƏBİB-ə beş mindən çox şikayət daxil olub – RƏSMİ/FOTO
Hazırda oxunan: Bu ilin ilk beş ayında TƏBİB-ə beş mindən çox şikayət daxil olub – RƏSMİ/FOTO
Hazırda oxunan: Bu ilin ilk beş ayında TƏBİB-ə beş mindən çox şikayət daxil olub – RƏSMİ/FOTO
Bu ilin ilk beş ayında TƏBİB-ə beş mindən çox şikayət daxil olub. TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynovun açıq qapı günündə açıqladığı məlumata görə, 2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub.
199436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.