Azərbaycanda attestatla ali məktəblərə qəbul MÜMKÜN OLACAQ?

Hazırda oxunan: Azərbaycanda attestatla ali məktəblərə qəbul MÜMKÜN OLACAQ?

Azərbaycanda attestatla ali məktəblərə qəbul mümkün olacaq? Məlumatlar üzrə, DİM direktoru qəbulun hələ ki, gözlənilmədiyini və mövzu ilə bağlı məlumatlar verildi. Təhsil üzrə ekspert Kamran Əsədov alternativ qəbul modelinin lazım olduğunu və DİM-in dominantlıq etməsini tərki etməli olduğunu deyib.

199433

Əksər ölkələrin təcrübəsində ali məktəblərə attestatla qəbul olmaq mümkündür. Elə bu səbəbdəndir ki, ölkəmizdə də yalnız attestat vasitəsilə digər ölkələrdə bakalavr təhsili almağa üz tutanların sayı ilbəil artır.

Ölkəmizdə isə...

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu yaxınlarda jurnalistlərə açıqlamasında deyib ki,  attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir:
 

MÖVZU İLƏ BAĞLI:

Hansı şagirdlərə qırmızı attestat verilir?


“Sıfır balla da attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda istənilən əcnəbi vətəndaş Azərbaycanda imtahan vermədən ali məktəblərimizdə təhsil ala bilər:

“Amma öz vətəndaşlarımız bu imkandan məhrumdur. Ona görə də gənclərin böyük hissəsi xarici ölkələrə üz tutur, attestatla ali məktəblərə qəbul olunurlar. Təkcə Türkiyədə hazırda 30 min azərbaycanlı bu minvalla təsir alır. Bu olduqca ciddi rəqəmdir. Ona görə də Azərbaycanda ali məktəblərə qəbulun formatı dəyişdirilməlidir. 

Nəzərə alaq ki, Azərbaycandakı ali məktəblərə qəbul qaydası dünyanın ən çətin qəbul imtahanıdır. Bizdəki qəbul modeli çox qəlizdir. 3 fərqli imtahan sualları salınır. Həmçinin abituriyentlər 3 fərqli fəndən imtahan verirlər. IV qrup ixtisası üzrə isə abituriyentlər 6 fəndən imtahan verir. Ona görə də alternativ qəbul imtahanı keçirən qurumun yaradılmasının artıq vaxtı çatıb. 

33 ildir ki, ancaq DİM qəbul imtahanı keçirir. Alternativ olmadığı üçün biz də onun nəticələrini obyektiv olaraq qəbul edirik. Alternativ bir qurum da olsa, daha obyektiv və ədalətli mənzərənin şahidi olarıq”. 

Kamran Əsədov hesab edir ki, bu günkü test imtahanları yalnız əzbərçiliyi yoxlaya və qiymətləndirə bilir:

“Amma biz abituriyentlərin digər bacarıqlarını yoxlaya bilmirik. Ona görə də qəbulda çox yüksək göstəriciyə nail olanlar sonrakı təhsil prosesində çox zaman uğur qazana bilmirlər. Ona görə də DİM-ə alternativ olaraq Milli İmtahan Mərkəzi də yaradılmalıdır. Əgər alternativ qəbul olsa, onda biz həm də abituriyentlərin digər bacarıqlarını da görmüş olarıq. 

Xatırladım ki, qoşulduğumuz konvensiyalar, qəbul etdiyimiz qanunvericilik aktları digər komputensiyaları yoxlamağı da tələb edir. Bugünkü yalnız biliklərin yoxlanılması metodu yetərli deyil. Ən azından bizim keçirdiyimiz imtahanların beynəlxalq aləmdə qəbul edilməsi üçün indeksləşməsinə ehtiyac var.  
Biz bu gün layiqli abituriyenti seçməkdə çətinlik çəkirik. Ona görə də digər modellər də işlənməlidir. Məhz alternativin olmaması DİM-in dominantlıq etməsinə imkan verir”.   

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin