Seysmoloji Xidmət Mərkəzindən XƏBƏRDARLIQ – “Afterşoklar ola bilər”

Hazırda oxunan: Seysmoloji Xidmət Mərkəzindən XƏBƏRDARLIQ – “Afterşoklar ola bilər”

Seysmoloji Xidmət Mərkəzindən XƏBƏRDARLIQ – “Afterşoklar ola bilər” - Azərbaycanın cənub bölgəsində hiss olunan zəlzələ haqqında

199427

"Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdur". 

Bizim.Media xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzinin əhaliyə müraciətində bildirilib. 

Qeyd olunub ki, ərazimiz seysmik bölgədir. 

"Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər", - deyə açıqlamada əlavə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin