Metroda qatarların gəlmə vaxtı niyə göstərilmir? Rəsmi AÇIQLAMA - Bakı metrosunun istifadəçilərini daim bir sual düşündürür: Hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını niyə göstərmir? Halbuki bu tablolarda qatarın stansiyadan getdiyi vaxt göstərilir. Dünyanın bir çox ölkələrində qatarların neçə dəqiqəyə çatacağını bilmək olur. Bəs Bakı Metropolitenində bu sistem niyə quraşdırılmır? MÖVZU İLƏ BAĞLI: İnsanların ən çox istifadə etdiyi metroda niyə TİBB MƏNTƏQƏSİ yoxdur? – RƏSMİ AÇIQLAMA. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya danışıb. O bildirib ki, Bakı Metropolitenindən istifadə edən sərnişinlər qatarların gəlib-getmək vaxtından asılı olmayaraq, mövcud tablolarda qatarın yubanmasını və ya tez gəlməsini müəyyən edə bilirlər. Sərnişin məmnunluğu baxımından danışdığımız məsələ qiymətləndirilməlidir. Bununla bağlı araşdırılma aparılır. Tablolarda göstərilən rəqəmlər metropoliten işçiləri üçün nəzərdə tutulub. O tablo sərnişinə aid deyil. Ümumən sistemi dəyişmək və ən qabaqcıl olanını tətbiq etmək üçün böyük maliyyə lazımdır. Bu məsələnin aktuallığı o vaxt ola bilər ki, metropoliten üçün xüsusi əhəmiyyət kəsb etsin. Hələ ki bu məsələ prioritet deyil. Çünki sərnişinlərin təhlükəsizliyi və məlumatlılığı baxımından mövcud infrastruktur tələbləri önəmlidir. Qatarların təmiri, tikintisi, təhlükəsizliyi daha vacibdir. Məhərrəm Əliyev, Bizim.Media
Bakı metrosunun istifadəçilərini daim bir sual düşündürüb: Hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını niyə göstərmir? Halbuki bu tablolarda qatarın stansiyadan getdiyi vaxt göstərilir.
Dünyanın bir çox ölkələrində qatarların neçə dəqiqəyə çatacağını bilmək olur.
Bəs Bakı Metropolitenində bu sistem niyə quraşdırılmır?
MÖVZU İLƏ BAĞLI:
İnsanların ən çox istifadə etdiyi metroda niyə TİBB MƏNTƏQƏSİ yoxdur? – RƏSMİ AÇIQLAMA
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya danışıb.
O bildirib ki, Bakı Metropolitenindən istifadə edən sərnişinlər qatarların gəlib-getmək vaxtından asılı olmayaraq, mövcud tablolarda qatarın yubanmasını və ya tez gəlməsini müəyyən edə bilirlər:
“Sərnişin məmnunluğu baxımından danışdığımız məsələ qiymətləndirilməlidir. Bununla bağlı araşdırılma aparılır. Tablolarda göstərilən rəqəmlər metropoliten işçiləri üçün nəzərdə tutulub. O tablo sərnişinə aid deyil.
Ümumən sistemi dəyişmək və ən qabaqcıl olanını tətbiq etmək üçün böyük maliyyə lazımdır. Bu məsələnin aktuallığı o vaxt ola bilər ki, metropoliten üçün xüsusi əhəmiyyət kəsb etsin. Hələ ki bu məsələ prioritet deyil. Çünki sərnişinlərin təhlükəsizliyi və məlumatlılığı baxımından mövcud infrastruktur tələbləri önəmlidir. Qatarların təmiri, tikintisi, təhlükəsizliyi daha vacibdir”.
Məhərrəm Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.