Qurban Yetirmişli: “Əhali nağıllara inanıb təşvişə düşməsin” 

Hazırda oxunan: Qurban Yetirmişli: “Əhali nağıllara inanıb təşvişə düşməsin” 

199421

“Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil”. 

Bizim.Media xəbər verir ki, bunu "report.az"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə -Lerikdə də 5 bala qədər hiss olunub: 

"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur". 

Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir: 

"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın". 

Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin