“BakuBus”un mobil tətbiqi 3 aydan çoxdur İŞLƏMİR – BNA isə SUSUR

Hazırda oxunan: “BakuBus”un mobil tətbiqi 3 aydan çoxdur İŞLƏMİR – BNA isə SUSUR

19940

“BakuBus” nəqliyyat şəbəkəsinə aid avtobusların hərəkətinin onlayn izlənməsi üçün mobil tətbiq 3 aydan çoxdur ki, işləmir. 

Bizim.Media-ya bu barədə çoxsaylı sərnişin şikayət edib.

Dediklərinə görə avtobusların intervalının tənzimlənməsi və məlumatları onlayn izləmə imkanına malik mobil tətbiqin işləməməsi onların işini çətinləşdirib. 

Hansı ki, sözügedən mobil tətbiq vasitəsilə avtobusların hərəkət istiqamərindən tutmuş dayanacağa çatma vaxtına qədər məlumatları almış olurdular. Mobil tətbiqin işlək vəziyyətdə olmaması sərnişinləri xeyli müddət dayanacaqda vaxt itirmələrinə və informasiyasızlığa vadar edir. 

Bizim.Media dəfələrlə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etsə də, qurum suallarımızı cavabsız qoyub. 

Xatırladaq ki, bir müddət əvvəl də “BakuBus”-un mobil tətbiqinin işləməməsi ilə bağlı BNA-ya müraciət etmişdik. Qurumun mətbuat katibi Mais Ağayev sistemdə yenilənmə işlərinin aparıldığını vurğulayaraq, yaxın vaxtlarda yenidən sərnişinlərin xidmətinə veriləcəyini demişdi.

Problem isə dəyişməz olaraq qalır. 

Qeyd edək ki, bu gündən etibarən MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək yeni 10 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib. Həmin avtobus xəttinin hərəkət sxemi də “BakuBus” mobil tətbiqinə daxil edilməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin