Bəzi seçki dairələrinin hüdudları və adı DƏYİŞDİ

Hazırda oxunan: Bəzi seçki dairələrinin hüdudları və adı DƏYİŞDİ

199371

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub.

Bizim.Media xəbər verir ki, bu qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 27-də keçirilən iclasında qəbul olunub.

"Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanununa əsasən, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən komissiya bəzi seçki dairələrinin hüdudlarına dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər- Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılıb və hüdudlarında qismən dəyişikliklər edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin