“Korrupsiya ilə bağlı mətbuatda çox maraqlı bir material getdi. Məlum oldu ki, Azərbaycanda leqal milyonçuların siyahısı müəyyənləşib. Söhbət Azərbaycanda açıq informasiyalar nəticəsində yerli, milli müəssisələrdə vergi bəyannamələri ilə bağlı aşkara çıxan siyahıdan gedir. Təxminən 53-ə yaxın siyahıdır və onun 40-dan çoxu qadınlara aiddir. Necə olur ki Azərbaycanda leqal milyonçuların hamısı qadındır?”
Bizim.Media xəbər verir ki, bu sözləri sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn canlı yayımların birində deyib.
Partiya liderinin sözlərinə görə, milyonçuların mütləq əksəriyyəti məmur qadınlarıdır:
''Qadın milyonçuların hamısı məmur bacıları, qızları, ya da həyat yoldaşlarıdır. Azərbaycan qadınlarının kommersiya fəaliyyəti və milyonçu olmalarına sevinərdik, çünki gender məsələsi ilə bağlı Azərbaycana xaricdən ittihamlar var. Amma bu süni bir siyahıdır. Belə faktlar ölkədəki korrupsiya göstəriciləridir.
Qafqazın ən aparıcı və varlı ölkəsində bir milyarder yoxdur, lakin biz bilirik ki, gizli milyarderlər var. Azərbaycandan iqtisadi potensialı 10 dəfə aşağı olan Ermənistan və Gürcüstanda milyarder var, amma Azərbaycanda yox?''
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 03.05.2021
“Azərbaycanda leqal milyonçuların hamısı qadındır...” - Pənah Hüseyndən ŞOK FAKT
Hazırda oxunan: “Azərbaycanda leqal milyonçuların hamısı qadındır...” - Pənah Hüseyndən ŞOK FAKT
Hazırda oxunan: “Azərbaycanda leqal milyonçuların hamısı qadındır...” - Pənah Hüseyndən ŞOK FAKT
19936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.