"Alimpaşa Məmmədovun oğlunun zavodu" barədə RƏSMİ açıqlama

Hazırda oxunan: "Alimpaşa Məmmədovun oğlunun zavodu" barədə RƏSMİ açıqlama

19932

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, zavodu Dövlət Xidməti 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarsa da, onun dövlətsizləşdirilməsi baş tutmayıb.

Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə Dövlət Xidmətinin internet səhifəsinə (//bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (//bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin