Xaçmazın üçüncü şəhidi Adıgözəl Əmirsultan oğıu Qasımovu doğulduğu torpaq bu gün qoynuna alıb. 31 il əvvəl Laçında itkin düşmüş Adığözəl Birinci Şəhidlər Xiyabanında naməlum döyuşçü kimi dəfn olummuşdu.
Bizim.Media xəbər verir ki, rəsmi qaydada şəxsiyyəti məlum olan Adıgözəl Qasımovun cənazəsi əvvəlcə Keymərəz kəndindəki ata evinə gətirilib.
Vida mərasimindən sonra 5 qardaşın 3-cüsü olan Adıgözəl kənd məzarlığında dəfn edilib.
Cənazəsi bükülmüş bayraq onun əmanəti kimi qardaşına verilib.
Qardaşı Ağasultan Qasımov Bizim.Media-ya Adığözəlin cəbhəyə könüllü getdiyini açıqlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu