Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ

Hazırda oxunan: Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ

Ən zəif nəticəni göstərən müəllimlər Astarada olub. Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində bu məsələni qaldırıb. Ölkədə ən yüksək nəticələr göstərən rayon və şəhərlər arasında Sumqayıt, Bakı, Gəncə, Siyəzən, Quba, Hacıqabul da var.

199304

“Ən zəif nəticəni göstərən müəllimlər Astarada olub. Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Bu kimi müəllimlər sovet dövründə işə götürülmüş adamlardır”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib. 

Nazir ibtidai sinif müəllimləri arasında sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərləri açıqlayıb.

Həmin rayon və şəhərlər aşağıdakılardır:

1. Sumqayıt

2. Bakı

3. Abşeron

4. Şirvan

5. Gəncə

6. Mingəçevir 

7. Siyəzən

8. Quba

9. Oğuz

10. Şabran

11. Hacıqabul

12. Xaçmaz

13. Qazax

14. Salyan

15. Zəngilan

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin