Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, general F.Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.
Polkovnik N.Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 27.06.2024
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - FOTO Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova yeni vəzifəyə təyin edilib.
199292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.