Xaçmazda Birinci Qarabağ şəhidi dəfn edildi - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda Birinci Qarabağ şəhidi dəfn edildi - FOTO/VİDEO

199273

Xaçmazın Nərəcan kəndində Birinci Qarabağ şəhidi Hörmət Beytulla oğlu Baratovun dəfn mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, uzun illər barəsində heç bir xəbər olmayan  Hörmət Baratov naməlum döyüşçü kimi İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

DNT analizi ilə kimliyi iməlum olmuş 49 yaşlı Hörmət Baratovun nəşi 30 ildən sonra doğulduğu Nərəcan kəndinə gətirilib.

Vaxtilə yaşadığı evdə  vida mərasimindən sonra cənazə kənd məzarlığına aparılıb.

Hərbi orkest Azərbaycanın Dövlət Himnini səsləndirib. Şəhid Hörmət  Baratovun xatirəsinə yaylım atəşi açılıb.

Xaşmazın icra başçısı şəhifin cənazəsi bükülmüş Dövlət Bayrağını atası Beytullaya təqdim edib, onun bu bayraq yolunda  canından keçdiyini deyib.

Qardaşı Xanməd Baratov jurnalistlərə açıqlamasında  igid qardaşı ilə fəxr etdiyini bildirib.

Birinci Qarabağ şəhidi Hörmət Baratov anasının vəsiyyətinə uyğun olaraq onun məzarı yanında dəəfn olunub.
 







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin