“Prezidentin ehtiyat fondundan pullar ayrılırdı ki, əlilləri, tam imkansızları və çarəsizləri evlə təmin etsinlər. Çox təəssüf edirəm ki, əvvəlki rəhbərlik və digər əli kirli vəzifəli şəxslər o evləri də pul ilə satıblar, rüşvət müqabilində aidiyyatsız şəxslərə veriblər, yaxud elə almağa haqqı olanlardan rüşvət alıb veriblər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri bağlı millət vəkili Razi Nurullayev feysbuk səhifəsindəki paylaşımında qeyd edib.
Deputa bildirib ki, bəzi şəxslər onlara aid olanı almaq üçün rüşvət versələrdə yenə evsiz qalıblar:
“Belə şəxslərdən biri də İmişli rayonu, Çaxırlı kənd sakini, birinci qrup əlil Ağayeva Məlahət Yaqub qızıdır. Dəhşətli yanğın nəticəsində birinci qrup əlilə çevrilib. Haqqı olan evi almaq üçün 5000 azn rüşvət verib”.
Razi Nurullayev M. Ağayevanın 2011-ci ildən ev növbəsinə durduğunu söyləyib. Əlavə edib ki, vəzifəli şəxslərin vurduqları ziyan və qaytarılan məbləğ haqqında cəmiyyətə müfəssəl məlumat verilməlidir:
“Bilinmir ki, nə qədər ziyan vurub, nə qədəri qaytarılıb. Mütləq şəkildə alınan rüşvətlər da sahibinə geri qaytarılmalıdır. Başqa cür, hüququ cəmiyyəti necə yarada biləcəyik?”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:21 / 03.05.2021
Bu əlildən 5 min rüşvət alındı, amma ev verilmədi – FAKTLAR AÇIQLANDI
Hazırda oxunan: Bu əlildən 5 min rüşvət alındı, amma ev verilmədi – FAKTLAR AÇIQLANDI
Hazırda oxunan: Bu əlildən 5 min rüşvət alındı, amma ev verilmədi – FAKTLAR AÇIQLANDI
19927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.