Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilən 18 şəxs də əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb.
Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin (50%) xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.
Əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.
Bu dəfəki müayinədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib. Aparılan işlərin əsas məqsədi bu istiqamətdə də əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 03.05.2021
Hərbi səbəblərlə əlaqəli 9 nəfərin əlillik statusu ləğv edildi - FOTO
Hazırda oxunan: Hərbi səbəblərlə əlaqəli 9 nəfərin əlillik statusu ləğv edildi - FOTO
Hazırda oxunan: Hərbi səbəblərlə əlaqəli 9 nəfərin əlillik statusu ləğv edildi - FOTO
19926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.