Qazaxda avtomobilin vurduğu piyada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xanlıqlar kəndində, restoranlardan birinin qarşısında avtomobil vurduğu 36 yaşlı kişinin həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Rəşad Əmrahov xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
*** 08:35
Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xanlıqlar kəndində avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada, 1988-ci il təvəllüdlü Rəşad Əmrahov xəstəxanaya çatdırılıb.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu