Bakıda 17 yaşlı gənci qətlə yetirən iki nəfər TUTULDU

Hazırda oxunan: Bakıda 17 yaşlı gənci qətlə yetirən iki nəfər TUTULDU

199134

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən 2 nəfər tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saat 02 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin